Maykl Ceksonun ölümündən sonra hazırlanan albomun çıxacağı gün açıqlandı
5.10.2011

Pop kralı Maykl Ceksonun ölümündən sonra hazırlanan albom noyabrın 21-də satışa çıxacaq. “mignews.com” saytına istinadən verilən məlumata görə, “İmmortal” adlı alboma müğənninin bir neçə hit mahnısı daxil edilib.
Musiqi dizayneri Kevin Antunes müğənnin bir neçə mahnısı üzərində təkrar işləyib. O deyib ki, albom Maykl Ceksonun musiqisinə, onun ailəsinə və pərəstişkarlarına sevgi və hörmətlə yaradılıb.