"Elektron hökumət"də yenilik
17.2.2017

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzi “Elektron hökumət” nəşrində “Artırılmış reallıq” (Augmented reality) texnologiyasından istifadə edib.

Bu barədə Mərkəzdən məlumat verilib.

“Artırılmış reallıq” funksiyası e-hökumət bülletenində nəşr olunan bəzi materialların virtual modifikasiyasıdır. Onların oxunması üçün “EGOV AR” mobil tətbiqi lazımdır. Bu funksiyadan istifadə edərkən kameranı bəzi materiallarda yer alan xüsusi görüntü üzərinə tutmaq tələb olunur.

“EGOV AR” mobil tətbiqini “Android” və “IOS” əməliyyat sistemlərində çalışan qurğular üçün əldə etmək mümkündür.

trend