Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin İstanbul şəhərində keçirilən Ümumdünya Turizm Forumu (ÜTF) çərçivəsində nazirlər toplantısında çıxış edib.
Nazirlikdən bildirilib ki, Ə.Qarayev çıxışında ölkəmizdə turizmin inkişafı, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, 2017-ci il mayın 4-6-da Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, mədəniyyətlərarası dialoqda turizmin rolu və turistlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq mexanizmlərin zəruriliyi barədə fikirlər səsləndirib.
azertag.az