“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbə kuboku keçiriləcək
20.2.2017

Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbə kuboku keçiriləcək.

Universitetin mərhum tələbəsi İbrahim Haşımlının xatirəsinə həsr olunacaq kubok çərçivəsində keçiriləcək finalda 25 komanda mübarizə aparacaq.

Layihənin keçirilməsində məqsəd tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunmasıdır. 36 sualdan ibarət kubokda ADPU-nun komandaları ilə yanaşı, digər universitetlərdən tələbələr də iştirak edəcəklər.

azertag.az