Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Dəmir yolunun Qarabucaq-Kürdəmir mənzilində 9 km yolun əsaslı təmirinə start verilib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Ismayıl Sadıqovn verdiyi məlumata görə, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü və yeni yolun qoyuluşuna başlanılıb.
Qeyd edək ki, mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanın. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayında başlanılıb və bu günə kimi 230 km dəmir yolu əsaslı təmir olunub.
trend.az