Günün qoroskopu
19.9.2012

Qoç - Öz bildiyiniz kimi hərəkət edir, nə ətrafınızdakıların rəyini dinləyir, nə də şəraiti nəzərə alırsınız. Ancaq nəticə bu etdiklərinizə dəyər: axşama doğru özünüzlə qürrələnməyiniz üçün kifayət qədər əsasınız olacaq.
Yaxınlarınızla münasibətlərdə səmimi olun, eyhamlardan və yarımçıq kəlamlardan qaçın. İstək və gözləntiləriniz barədə nə qədər açıq danışsanız, bir o qədər yaxşıdır. Ziyafətlərə getmək faydalıdır. Yeni tanış tapmaq fikrində olan Qoçlar bu gün bu niyyətlərinə çatacaqlar.

Buğa - Həm işdəki, həm də şəxsi məsələlərin həlli üçün ən uğurlu gündür. Çətinliklər sizi qorxutmur: məqsədinizə çatmaq üçün tər tökməyə hazırsınız, bilirsiniz ki, zəhmətiniz hədər getməyəcək. Tərəfdaşlarınızı düzgün seçməyiniz vacibdir. Mövqelərinizin üst-üstə düşdüyü adamları axtarın, əks halda vaxtınızın çoxu kimisə dilə tutmağa, yaxud təsəlli verməyə sərf olunacaq.
Ailə, dost, sevgi bağları daha da möhkəmlənir və bu xoşunuza gəlir. Yaxınlarınızla aranızda hansısa fikir ayrılıqları, incikliklər vardısa, onları aradan qaldırmağa çalışın. Son vaxtlar savaşan sevgililərin həyatlarında yeni dönəm başlanır.

Əkizlər - İşgüzar danışıqların aparılması, görüşlər üçün münasib gündür. Öz gücünüzə inanırsınız və ətrafınızdakılar da uğur qazanacağınızdan əmindirlər. Bürcün əksər nümayəndələri iş yerinin dəyişməsi, yaxud gəlirli əməkdaşlıq barədə maraqlı təkliflər alacaqlar.
Bəzi Əkizlər üçünsə işdə məhəbbət macərası görünür. Ola bilsin ki, dostluq tədricən romantik münasibətlərə çevrilsin. Gözəl əşyalar ala bilərsiniz, əntiq mallara və sənət əsərlərinə xüsusi diqqət yetirin.

Xərçəng - Gün işgüzar sahədə xeyli dəyişikliklərlə bağlıdır. Aldığınız təkliflər maraqlıdır və gəlir vəd edir. Onları qəbul etməkdən çəkinməyin: yeni məsələləri həll etməyə gücünüz çatar. Sövdələr bağlamaq, qiymətli əmlakın satışı ilə məşğul olmaq olar. Götür-qoy etdikdən sonra azacıq riskə yol verə bilərsiniz.
Yeni işə başlarkən onun uğuruna şübhə etməyin. Hətta şərait itstədiyiniz kimi olmasa da, situasiyaya nəzarəti ələ ala biləcəksiniz. Yaxınlarınız sizi hər bir işdə dəstəkləyərək çətin anınızda köməyinizə tələsəcəklər.

Şir - Qarşı cinsin nümayəndələri ilə ünsiyyət üçün əlverişli gündür. İstənilən ürəyin buzunu sındıra bilirsiniz və bu elə də çox vaxtınızı almır. Əgər nədəsə köməyə ehtiyacınız varsa, qadınlara müraciət edin: məhz onların dəstəyi faydalı olacaq.
Bu gün, demək olar ki, Şirlərin əksəriyyəti pis vərdişlərindən əl çəkib həyat tərzini kökündən dəyişə bilər. Yaşlı qohumlarınız sizin uğurlarınıza ürəkdən sevinir və dəyərli məsləhətlərini əsirgəmirlər. Maliyyə problemlərinin həll üçün uğurlu gündür.

Qız - İşgüzar danışıqların aparılması, yeni tərəfdaş və həmfikir tapmaq üçün münasib gündür. Nüfuzlu şəxslər sizin layihələrinizin uğuruna şübhə etsələr də, dəstəklərini sizdən əsirgəmirlər. Boş mübahisələrə vaxt itirməyin, öz məqsədlərinizin ciddi olduğunu işlə sübut edin.
Eyhamla danışan, hiyləgər, öz həqiqi rəylərini gizlətməyə çalışan insanlarla ünsiyyətdən qaçın. Bu gün sizi yanıltmaq asandır. Gərəkli olana deyil, inanmaq istədiyinizə inanırsınız, bu, axşam bəzi anlaşılmazlıqlar yaradacaq.

Tərəzi - Başqalarının işlərilə daha çox məşğul olur, öz problemlərinizi isə unudursunuz. Xeyriyyə aksiyalarında, ictimai tədbirlərdə iştirak etmək olar. Yaxınlarınıza böyük həvəslə kömək edir, ailə problemlərinin həllilə məşğul olursunuz. Maliyyə işlərində bəxtiniz gətirir, xeyli pul ala bilərsiniz.
Axşam yorğunluq səbəbindən özünüzdən razı qalmayacaqsınız. Ruhdan düşməyin - doğrudan da, bütün mümkün və lazım olanı etdiniz. Özünüzə yaxın saydığınız adamla öz qorxularınızı, sizi narahat edən məqamları bölüşün, dəstək alacağınıza əmin olun.

Əqrəb - Hərəkətlərinizdə və fikirlərinizdə ardıcıllığı gözləyin, vurnuxmayın. Keçmiş iş ortaqlarınızdan çox sərfəli iş təklifi ala bilərsiniz. İşiniz çoxalır, amma bu sizi daha çox sevindirir. Ətraıfınızdakılara kömək edin: tezliklə sizin onların dəstəyinə ehtiyacınız olacaq.
Uğurlu sövdələr bağlaya bilərsiniz. Əmlak bölgüsü və ya vərəsəlik məsələlərini həll etmək olar. İntuisiyanıza inanın, başqalarının dediklərini isə qulaqardına verin.

Oxatan - Yeni layihələr üzərində işlərə başlamağın, işdə təşəbbüs göstərməyin əsl vaxtı çatdı. İdeyalarınız əladır, ətrafınızdakılar bunu qəbul edir və dəstəklərini əsirgəmirlər. Əgər kimsə sizi tənqid edirsə, boş verin, paxıllıqdandır. Çox yüksək məqsədlər təyin edin: tezliklə hamısına çatacaqsınız.
Fiziki işlə məşğul olan Oxatanların da işi rast gətirəcək. Dərinizin həssaslığı artır, qıcıqlanma, allergik reaksiyalar mümkündür, diqqətli olun.

Oğlaq - İntellektual potensialınız yüksəkdir. Mürəkkəb problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Yeni biliklər öyrənməyə çalışın. İşə aid vacib bir məlumat əldə edə bilərsiniz. Ondan istifadə etməklə maliyyə vəziyyətinizi xeyli düzəldə bilərsiniz. Ezamiyyətə göndərirlər? Gedin, peşman olmazsınız.
Günün ikinci yarısını ünsiyyətə vıə görüşlərə ayırın. Tez-tez diqqət mərkəzinə düşürsünüz. Bu sizi yormur, əksinə, sevindirir. Ziyafətdə və ya dost məclisində maraqlı bir şəxslə tanış olmaq şansınız var.

Dolça - İntuisiyanız çox güclənib. Onun sayəsində hadisələrin sonrakı inkişafını təxmin edə bilərsiniz. Düzdür, «görüntü» elə də dəqiq deyil, amma müəyyən qərarlar vermək üçün kifayət edər. Nüfuzlu adamlara dəstək üçün müraciət edə bilərsiniz, etiraz etməyəcəklər.
Qarderobunuzu yeniləyə, bəzək əşyaları, kosmetika, ətirlər ala bilərsiniz - seçiminizdə yanılmayacaqsınız. Kosmetoloji prosedurlar effektiv olacaq. Günün ikinci yarısı ziyafətə, qonaqlığa gedə bilərsiniz, amma orada çox oturmağınız məsləhət deyil - özünüzü yaxşı hiss etməyiniz üçün yaxşıca yatıb dincəlməyiniz lazımdır.

Balıqlar - Yeni sahədə gücünüzü sınamaq, ənənələri qırmaq niyyətindəsiniz. Tezliklə uğur qazanırsınız. Belədə əldə etdiyinizlə kifayətlənməyin - dayanan kimi düşmənləriniz özlərini yetirib sizə badalaq gəlməyə çalışacaqlar.
Ailə problemlərinin həlli, aranızın yaxşı olmadığı qohumlarla görüşlər üçün əlverişli gündür. Yumor hissi gərginliyi azaldar, buzları qırar. Ruhdan düşənlərə ürək-dirək verməyə çalışın.

Milli.Az