Martın 4-də növbəti TOEFL imtahanının keçirilməsi nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər ki, bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və fevralın 28-dək davam edəcək. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək olar: http://tqdk.gov.az/exam/toefl/
Qeyd edək ki, bu il fevralın 18-də DİM-in binasında TOEFL imtahanı keçirilib. İmtahan təlimata uyğun təşkil olunub. 11 nəfərin iştirak etdiyi imtahanda iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün lazımi şərait yaradılıb.
azertag.az