Edam üçün çox kökdür?
19.9.2012

Edam cəzasına məhkum edilmiş amerikalı piylənməyə məruz qaldığı üçün cəzasının reallaşdırılmasının təxirə salınmasını istəyib.

53 yaşlı Ronald Postun çəkisi 217 kiloqramdır.

O, Ohayo həbsxanasında cəzasını gözləyir. Bu ştatda edam cəzası venaya pentobarbital vurulmaqla həyata keçirilir.

"İzafi çəkim və piylənməyə məruz qalmağımla bağlı preparat venama yeridiləndə həkimlərin problemləri yarana bilər. Bu isə ölümümü çox ağır, əzablı edəcək", - Post deyib.

Milli.Az