Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova Minskdə "Aida" operasının tamaşasında Aida partiyasını ifa edəcək
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ötən ilin noyabrında Minskdə qastrolda olarkən opera ulduzumuz öz parlaq ifası ilə belorusları heyran edib və o dərhal növbəti çıxış üçün təklif aləb - fevralın 25-də Afaq burada C.Verdinin "Aida" operasının tamaşasında Aida partiyasını ifa edəcək.
Radames rolunda Belarusun Xalq artisti Sergey Frankovski, Amonasro rolunda Əməkdar artist Vladimir Qromov çıxış edəcəklər. Tamaşanı Ukraynanın Xalq artisti, Odessa Dövlət filarmonik orkestrinin baş dirijoru Xobalt Erl (ABŞ) idarə edəcək.
Belarus Opera və Balet Teatrında bu tamaşaya xüsusi hazırlıq görülüb, tamaşa geniş reklam olunub. Belaruslu həmkarlarımız tamaşaya biletlərin artıq çoxdan satılıb qurtardığını və azərbaycanlı opera sənətçisini səbirsizliklə gözlədiklərini bildirirlər. Qeyd edək ki, "Aida" Afaq Abbasovanın ən çox sevdiyi partiyalardan biridir. O hətta ötən il dünyaya gələn qız övladına C.Verdinin qəhrəmanının şərəfinə Aida adını verib.
Qeyd edək ki, xalq artisti, professor Azər Zeynalov da fervarıln 18-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının truppası ilə birlikdə italyan bəstəkarı R.Leonkovallonun "Payatsı" operasının tamaşasında əsas partiyalardan birini - Kanionun partiyasını ifa edib.
trend