Şəmkir sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilib
21.2.2017

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

aqroparkın, kartof və soğan saxlama anbarının yaradılması;
quru meyvə istehsalı və dəyirman kompleksinin yaradılması;
istixana, üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az.

trend