Qoç - İşgüzar danışıqların aparılması üçün əlverişli gündür. Şəxsi məsələlərinizi də eyni uğurla müzakirə edə bilərsiniz: güzəşt əldə etmək, hər bir şey haqda razılığa gəlmək mümkündür. Siz özünüz də güzəştə getməyə hazırsınız, amma bir şərtlə ki, maraqlarınız qorunsun. Belə mövqe tutmaqda haqlısınız.
Valideyn Qoçlar çətin vəziyyətə düşmüş uşaqlarına vaxtında yardım edə biləcəklər. Yaxınlarınızın problemlərini həll edə biləcəksiniz. Köhnə tanışlarınızı yada salın - sizin barənizdə xəbər aldıqlarına onlar çox sevinəcəklər.
Buğa - Gün sakit keçir və müəyyən uğurlar gətirir. Təmkininizi qoruyun, ani nəticələr gözləyin. Qətiyyət və özünüzə inam istədiyinizə nail olmağa kömək edir. Əvvəllər iş ortağınız olan adamlarla yaxşı dil tapırsınız, yeni tanışlarınızla isə ortaq məxrəcə gəlmək elə də asan olmur.
Ailəli Buğalar yaxınlarının problemlərinin həllinə, ədavətdə olan qohumlarının aralarının düzəldilməsinə xeyli vaxt sərf etməli olacaqlar. Bu sizi elə də yormur, hirsləndirmir, əksinə, sizin sayənizdə əldə olunan barışığa görə sevinəcəksiniz.
Əkizlər - Fikir ayrılıqlarını aradan qaldırmalı olacaqsınız. Vacib məlumatlar ala bilərsiniz. Eyhamlardan qaçır, sizi narahat edənlər barədə açıq-aşkar danışırsınız. Bu, çox yaxşıdır. Əvvəllər sizi anlamayan insanlarla münasibətiniz düzəlir. Məhsuldar əməkdaşlığın əsasını qoya bilərsiniz.
Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Hissləriniz sabitdir, demək olar ki, heç bir emosional sarsıntı yaşamayacaq, narahatlıq keçirməyəcəksiniz. Əgər ev işlərilə məşğul olmağı planlaşdırmısınızsa, nəzərə alın ki, bunlar gözlədiyinizdən daha çox vaxt alacaq.
Xərçəng - Günün ilk yarısı qazandığınız bir neçə xırda qələbə sizdə öz gücünüzə inamı artıracaq. Risk etməyə hazırsınız və bu əladır: bütün cəsur layihələrinizdə uğur qazanacaqsınız. Əcnəbi iş ortaqlarınızla əməkdaşlığınız məhsuldar olacaq.
Yaranan problemlərin hamısının öhdəsindən müstəqil surətdə gələ bilərsiniz, amma yaxınlarınızın köməyindən də imtina etməyin. İstənilən cür şərait dəyişkənliyi xeyrinizədir. Əgər istirahətə yollanmaq imkanınız varsa, ondan dərhal istifadə edin.
Şir - Göydən yerə enin: bu gün nə keçmişi, nə gələcəyi düşünməyin vaxtıdır. İndiki zamana köklənin. İşgüzar adamlarla ünsiyyət qurun: sizin planlarınızı dəstəkləyəcəklər. Biznesmen Şirlər yeni investorlar tapa bilərlər.
Günün ikinci yarısını ünsiyyətə, görüşlərə həsr edin. Hərdən hövsələsiz olursunuz, amma bu, ətrafınızdakıları qıcıqlandırmaq əvəzinə, əyləndirir. Vacib sənədlərin imzalanmasını axşama saxlayın. Axşam, həmçinin qəfil, amma çox romantik təklif ala bilərsiniz.
Qız - İş görməyin vaxtı gəldi. Tər tökməyə hazırsınız, təki zəhmətinizin bəhrəsini görəsiniz. Olsun ki, dəfələrlə kömək etdiyiniz adama bu dəfə özünüz yardım üçün ağız açasınız. Əvvəlcə özünüzü narahat hiss edəcək, sonra anlayacaqsınız ki, bugünkü əməkdaşlığınız hər ikiniz üçün sərfəlidir.
Şəxsi həyatınızda nəyisə dəyişmək üçün əla gündür. Hisslərinizi etiraf edə, yaxud sevdiyinizə nikaha girməyi təklif edə bilərsiniz. Bu gün başlanan romantik münasibətlər ahəngdar inkişaf edəcək.
Tərəzi - Vaxtınızı lazımsız işlərə sərf etməsəniz, dəyərli işlərə diqqət yönəltsəniz, gününüz məhsuldar keçəcək. İntuisiyanıza güvənin, onun sayəsində vurnuxmadan işlərinizi yoluna qoya bilərsiniz. Kənar şəxslərin həyatınıza müdaxiləsinə imkan verməyin. Vacib qərarları müstəqil surətdə qəbul etməyə çalışın.
Səyahət, şəraitin dəyişməsi üçün əlverişli gündür. Yeni maraqlarınız yaranır, dünyagörüşünüz genişlənir. Bir çox Tərəzilər qiymətli məlumatlar alacaqlar. Sərfəli sövdələr bağlaya bilərsiniz.
Əqrəb - Xeyli sayda qeyri-adi vəziyyətlər yaransa da, özünüzü rahat hiss edir və uğura olan inamınızı itirmirsiniz. Lazım olan vaxtda lazım olan yerdə peyda olmaq xüsusiyyətiniz bu gün çox yerinə düşəcək. Cavan xanımlarla ünsiyyət qurmaqda fayda var - həm emosional dəstək, həm də vacib məlumat alacaqsınız.
Sizdə maraq oyadan adamı özünüzə valeh etmək asan olacaq. Bu zaman çalışın, başınızı itirməyəsiniz: soyuqqanlı və düşüncəli olmağınız vacibdir. Bu gün başlanan münasibətlər ləng irəliləyəcək. Səbrli olun.
Oxatan - Bir çox işləriniz bu gün asanlıqla alınır. Hətta Oxatanların çoxu bünün pis əlamət olduğunu fikirləşəcəklər, amma nahaq - gün, doğrudan da, çox uğurludur. Xeyli işin öhdəsindən gələcək və yorulmayacaqsınız. Dostlarınızla ünsiyyət üçün də vaxt qalacaq.
Ofisdə və evdə yerdəyişmələr etmək olar. Əşyaların yenilənməsi də pis olmaz. Günün ikinci yarısı sevgilinizlə və yaxud güclü təəssürat oyatmaq istədiyiniz insanla görüş üçün əladır.
Oğlaq - Bir qədər nəzakətli olsanız, pis olmaz: bu gün diliniz yaman acıdır, hər kəsi sancırsınız, təbii ki, bu, insanların xoşuna gəlmir. Həmkarlarınızla, iş ortaqlarınızla aranızda fikir ayrılıqları, kiçik mübahisələr yarana bilər. Ancaq şəxsiyyətə keçmədən diskussiyanı sizə lazım olan istiqamətə yönəldə biləcəksiniz.
Rutin işlərin arasında itib-batmamaq üçün ixtiraçılıq bacarığınızı işə salın. Yaxınlarınıza qarşı diqqətli davransanız, küskünlüklərə son qoya bilərsiniz.
Dolça - Vacib qərarlar verməlisiniz. Təmkinlik və məqsədyönlülüyünüzlə seçilirsiniz. Bədxahlarınız sizi yolunuzdan sapdıra bilməyəcəklər. Maliyyə işlərinizdə tələskənlyə yol verməyin. İri sövdələr bağlamayın. Bahalı əşyalar almayın.
Qohumlarla ünsiyyət üçün əlverişli gündür. İstənilən ailə tədbiri əla keçəcək. Dostlarınız xoş xəbərlərlə sevindirəcəklər. Gözləmədiyiniz mənbədən pul, həmçinin çoxdankı iş ortaqlarınızdan sərfəli iş təklifləri ala bilərsiniz. Pozulmuş romantik münasibətlərin bərpası mümkündür.
Balıqlar - İntuisiyanız çox güclüdür. Əgər hiss etdikləriniz başqalarına axmaqlıq kimi görünsə də, məhz altıncı hissinizin dediyi kimi olacaq. Dostlarla ünsiyyət, yaxınlarınızın əhatəsində dincəlmək lazımdır. İşdəki uğurlarınız istədiyiniz kimi parlaq deyil, bir müddət bununla barışın.
Səfərlər yorucu olsa da, gözləntilərinizi doğruldacaq. Rəğbət bəslədiyiniz insanlardan diqqət görəcək və xoş xəbərlər alacaqsınız. Günün ikinci yarısı kütlə qarşısında çıxış edə bilərsiniz.
Milli.Az