Bakıda “Reallığın 28 çaları” adlı sərgi açılıb
22.2.2017

Müasir İncəsənət Mərkəzində Dövlət “Yuğ” Teatrı və İnisiativ Kuratorlar Birliyinin (ICU) birgə təşkilatçılığı ilə “Reallığın 28 çaları” adlı sərgi açılıb.

Sərgidə teatrın fəaliyyəti ilə bağlı müxtəlif arxiv sənədlərdən, afişalardan və digər materiallardan istifadə olunub. Həmçinin sərgidə “Yuğ” teatrının aktyorlarının iştirakı ilə bədii interaktiv aksiya, teatrın 21 tamaşasından videomaterial fraqmentlərini göstərən videoinstallyasiyalar təqdim edilib. Sərginin əsas məqsədi Azərbaycanın inkişaf dinamikasını bu il iyirmi səkkiz illiyini qeyd edən “Yuğ” teatrının yaradıcılıq təkamülü timsalında əks etdirməkdən ibarətdir.

Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində gerçəkləşib.

Sərgi iki gün davam edəcək.

azertag.az