“Nikoil Bank” ASC kiçik, orta və iri biznes üçün sərfəli şərtlərlə kreditlər təklif edir. Bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, iş adamlarına kreditlər 10 min dollardan 3 mln. dollara qədər olmaqla, illik faiz dərəcəsi 10%-dən başlamaqla, 3 aydan 5 ilə qədər müddətə təklif olunur. “Nikoil Bank” həm Bakıda, həm də regionlanda sadələşdirilmiş sənədlər paketini təqdim etməklə kredit ərizələrinə qısa müddət ərzində baxılmasına zəmanət verir.
Bundan başqa, Bank İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu ilə də aktiv əməkdaşlığını davam etdirir. Azərbaycanda istehsalın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün əsas motivasiya mənbəyi olan bu kreditlər 5 min manatdan 6 mln. manata qədər, illik faiz dərəcəsi 6% olmaqla, 6 aydan 120 aya qədər müddətə verilir.
“Güzəştli dövr, uzunmüddətlilik və borcun milli valyutada verilməsi bu kreditin əsas üstünlüklərindəndir. Fondla 12 illik əməkdaşlıq dövrü ərzində “Nikoil Bank” 37 mln. manat məbləğində 1 626 kredit verib”, - deyə Bankın açıqlamasında qeyd olunub.
Xatırladaq ki, “Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı www.nikoil.az səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
report.az