Göksel Bakıya gəlir
20.9.2012

Türkiyənin məşhur sənətçisi Göksel Azərbaycana gəlir.

Müğənninin səfəri Bakıda keçiriləcək “The First-2012” mükafatlandırma mərasimi ilə bağlıdır.

Mərasimin təşkilatçısı Xəyal Rzanın verdiyi məlumata əsasən, müğənni paytaxta gələn ayın 9-da təşrif buyuracaq. Müğənni törəndə ilin “pop bayanı” nominasiyasında mükafatlandırılacaq.

Xatırladaq ki, “The First–2012” mükafatlandırma mərasimi oktyabrın 10-da Hilton Otelində baş tutacaq.

Gün.Az