Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilib
22.2.2017

Bakı şəhərində daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, bu məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nömrəli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir: "Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində "Bakı Kart" ödəniş terminalları yerləşdirilib".

report.az