“Santa Barbara” seriyalının sevimli obrazlarından olan Meyson - Leyn Devis Bakıya gəlib.
GoMap.Az ANSPRESS-ə istinadla xəbər verir ki, sevilən aktyorun səfəri keçəcəyi aktyorluq dərsləri ilə bağlıdır.
O, “BakıFilmin” aktyorlarına ustad dərsləri keçəcək.
Qeyd edək ki, aktyor bu gün “Bakı Film”in istehsalı olan “Ağabəyovlar” serialının təqdimatında iştirak edəcək.
Xatırladaq ki, Leyn Devis 1984-1993-cü illərdə Rusiya telekanalında efirə gedən “Santa-Barbara” serialındakı Meyson obrazını yaradıb. “Santa-Barbara” 2137 seriyadan ibarət olub. Davamlılığı 66 gün 18 saat 45 dəqiqə olan serialın süjeti Kaliforniyanın kiçik şəhəri Santa-Barbarada yaşayan 4 ailənin ətrafinda dövr edir. Leyn Devis də bu serialın çəkilişləri gedən müddət ərzində əyləndiyini və həmçinin karyerasında yeni perspektivlərin açıldığını deyib.
Bu serialda məşhur Leonardo Di Kaprio, Tim Robbins, Çarlz Barkli, Bricit Uilson kimi aktyorlar rol almışlar.
Video