Bakı-Tbilisi-Bakı beynəlxalq sürət sərnişin qatarında gediş haqları azaldıla bilər. "Azərbaycan Dəmir Yolları" QSC bu məqsədlə Gürcüstan tərəfinə müraciət edib.
Belə ki, dəmir yolunda tariflər İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir. Son vaxtlar milli valyutanın dəyərdən düşməsi Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşımanın baha olmasına gətirib çıxarıb. Bahalaşmasının qarşısını almaq üçün qonşu ölkəyə tariflərin azaldılması üçün müraciət edilib. Aprelin 1-dən bu istiqamət üzrə gediş haqlarının dəyişəcəyi gözlənilir.
report.az