Sabah səhər saatlarından Bakının Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
Bu barədə "Azəravtoyol" ASC-dən bildirilib.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saat çəkəcək. Buna səbəb aparılacaq təmir işləridir.
"Göstərilən müddət ərzində sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - cəmiyyətin məlumatında qeyd edilib.
report.az