Bill Qeyts Amerikanın ən varlı adamı olmaqda davam edir
20.9.2012

“Microsoft”un banisi 66 milyardlıq mülkünə bu il daha 7 milyard əlavə etmişdir.

Bill Qeyts, Uorren Baffet və Larri Elison Amerikanın ən varlı 400 şəxsləri siyahısında lider olaraq qalırlar.

“Forbes” jurnalının versiyasına görə, “Microsoft”un banisi 66 milyardlıq mülkünə bu il daha 7 milyard əlavə edərək siyahının başında dayanmışdır. Ondan sonra 53 milyard dollarlıq mülklə Uorren Baffet və 49 milyard dollarla Larri Elison gəlir.

“Kox İndustris Holdinq”inin sahibləri Çarlz Kox və Devid Koxun adları da ilk beşlikdədir. Nyu-York meri Maykl Blumberq isə 30 milyard dollarlıq mülklə ilk onluqda qərarlaşmışdır.

AzərTAc