Bu gündən “Ağabəyovlar” serialının nümayişi başlayır
21.9.2012

Bu gündən ANS televiziyasının efirində yeni - “Ağabəyovlar” serialının nümayişi başlayır. ANS Müstəqil Yayım və Media şirkətinin “Bakı Film” kinostudiyası tərəfindən istehsal edilmiş “Ağabəyovlar” bədii serialının ssenari müəllifləri Vahid Mustafayev və Kamran Qasımov, quruluşcu rejissoru Vahid Mustafayevdir.

“Ağabəyovlar” serialı 100 seriya nəzərdə tutulub. Serialın 57 bölümünün ssenarisi artıq yazılıb. Çəkilişlər “Bakı Film” kinostudiyasının pavilyonunda aparılır. Filmin ilk seriyası bu gün saat 20.00-də yayımlanacaq.

ANS PRESS