Cocuq Mərcanlının tibb məntəqəsi də olacaq
23.2.2017

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində salınan yeni qəsəbədə tikinti və quruculuq işləri getdikcə sürətlənir. Bərpa proqramının ilkin mərhələsində 50 fərdi yaşayış evi və məktəb binasının tikintisi aparılacaq. Bəs kənddə tibb məntəqəsinin tikintisi də nəzərdə tutulurmu?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bərpa prosesinin ikinci mərhələsində daha 150 yaşayış evi, mədəni-maarif obyektləri, uşaq bağçası və digər sosial obyektlərin tikintisi aparılacaq. Kənddə əlavə olaraq daha bir məktəb binasının da tikintisi nəzərdə tutulub. Tibb məntəqəsinin inşasının bərpa prosesinin ikinci mərhələsində həyata keçiriləcəyi gözlənilir.

azertag.az