Məktəblilər Fizika İnstitutunda
23.2.2017

Bakının Yasamal rayonundakı 308 nömrəli tam orta məktəbin VIII-X sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olublar.

İnstitutdan bildiriblər ki, şagirdlərə bu elm müəssisəsinin innovasiya sektorunun elmi fəaliyyəti və burada quraşdırılan cihazlar barədə məlumat verilib. Məktəblilər, həmçinin AMEA-da təşkil olunan sərgiyə də baxıblar.

Tədbir şagirdlərin elmə marağını artırmaq, onları Fizika İnstitutunda görülən işlərlə tanış etmək məqsədi daşıyıb.

azertag.az