Fevralın 26-da Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejiminə keçidin səbəbi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədardır.
N.Paşayev əlavə edib: "Metronun "Xətai" stansiyası Xocalı abidəsinə yaxın yer olduğu üçün həmin gün ora daha çox sərnişinin gəlməsi gözlənilir. Ona görə də əsasən həmin stansiya gücləndirilmiş iş rejimində işləyəcək".
trend