Azərbaycanda müşahidə edilən mülayim hava şəraiti sentyabrın 23-dək davam edəcək. Sentyabrın 22 və 23-də ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin avqustun 23-ü axşam saatlarında hava şəraiti dəyişəcək, payız havası müşahidə ediləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, sentyabrın 22-23-də Bakı və Abşeron yarımadasında havanın temperaturu 27-33, Aran rayonlarında 27-32, dağlıq rayonlarda 16-28 dərəcə təşkil edəcək.
Ayın 23-ü axşam Bakı və Abşeron yarımadasında qərb küləyi əsəcək, 24-nə keçən gecə və səhər saatlarında şimal küləyi arabir güclənəcək. Ayın 24-də havanın temperaturu enəcək və iqlim normasına yaxınlaşacaq: “Hazırda temperatur iqlim normasından 3 dərəcəyədək yuxarıdır”.
apa