"Azpromo"nun İtaliya nümayəndəliyi yaradılıb
24.2.2017

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") İtaliya nümayəndəliyi yaradılıb.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, nümayəndəlik iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının İtaliya bazarına ixracının genişləndirilməsinə, İtaliyanın aparıcı investisiya fondlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına dəstək göstərəcək.
Qeyd edək ki, "Azpromo" Azərbaycanın biznes və investisiya mühitinin təbliği, yerli və xarici iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə 2003-cü ildə yaradılıb. Fond Azərbaycanın ixrac imkanlarının genişləndirilməsində, rəqabətqabiliyyətli məhsullarımızın xarici bazarlarda tanıdılmasında və qeyri-neft sektoruna investisiyaların cəlb edilməsində də əhəmiyyətli rol oynayır.

report.az