İtalyanlar dünya modasının ön göstəriciləri və zövqlü insanlardırlar. Deyəsən, onlar ticarət mərkəzləri və marketlərin də zövqlü, stilli olmasını istəyirlər.
Milan şəhərinin yaxınlığındakı Rozzano şəhərində dünyanın ən böyük şaquli bağı var. 1263 kvadrat metrlik sahədə 44 mindən artıq bitki əkilib. Bu bağ yerdə yox, divardadır.
"Fiordaliso" ticarət mərkəzinin divarındakı bu bağ "Ginnnesin Rekordlar Kitabı"na düşərək dünyanın ən böyük şaquli bağı sayılıb.
Bağın layihə müəllifi memar Françesko Bollanidir.
Milli.Az