Təhsil müəssisələrinin akkreditasiyası qaydalarında dəyişiklik edildi
24.2.2017

Azərbaycan Nazirlər Kabineti "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, yeni qərara əsasən, bundan sonra "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar Azərbaycan Milli Elmlər Akademiyasına da şamil ­ediləcək.

NK-nın digər qərarı ilə "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Qərara əsasən, “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndəki normativlər magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar Azərbaycan Milli Elmlər Akademiyasına da şamil ediləcək.

trend