"Vikipediya"da bir neçə dildə Milli qəhrəmanlarımız haqqında məlumatlar yerləşdirilib
24.2.2017

Azərbaycan haqqında məlumat bazasının genişləndirilməsi və "Vikipediya"nın etibarlı mənbələrlə zənginləşdirilməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən "Vikipediya"ya məqalələrin əlavə edilməsi prosesi davam edir.

MEK-dən verilən məlumata görə, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucov haqqında "Vikipediya"dakı məqalələr italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan "Vikipediya"lara yerləşdirilib. Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər.

trend