Bakıda fevralın 26-da ümumxalq yürüşü ilə bağlı 14 marşrut xəttinin hərəkəti dəyişdirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, 14 marşrut xəttinin hərəkət trayektoriyası da dəyişdirilib.
Xocalı soyqırımının ildönümündə Bakıda bu yollar bağlı olacaq
Həmin marşrut xətləri 1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1-dir.
trend