Bu oteldə şərab içində üzürlər - FOTO
21.9.2012

Yaponiyanın Hakon şəhərində istifadəyə verilmiş "Yunessun Spa Resort" otelində müştərilərə "Kraliça Kleopatra hovuzu" təklif olunur.

Otelin hovuzlarından biri şərabla doldurulur. Hovuzda şərabla yanaşı, yaşıl çay və müxtəlif şəfalı otlar da var.

Otel rəhbərliyinin dediyinə görə, "hovuzda çimməklə vücudu ruhən və fiziki baxımdan təmizləmək olar".

Şərab doldurulmuş hovuzda çimənlərə bahalı "Beaujolais Nouveau" fransız şərabı verilir.

Milli.Az