Günün qoroskopu
21.9.2012

Qoç - İşlərinizə diqqət yetirin: xeyli irəliləyişə nail ola bilərsiniz. Sövdələr bağlaya, yeni layihələrə başlaya bilərsiniz. İntuisiyanız çox güclüdür. Nə ilə məşğul olub, nəyi sonraya saxlamağı düzgün təxmin edirsiniz. Rəhbərlik sizin rəyinizi dinləməyə hazırdır, iş ortaqlarınıza uzun-uzadı nəyisə izah etmək lazım gəlmir.
Tanış qadınlar sizi xoş tərzdə təəccübləndirəcəklər. Yaxınlarınız sizə diqqət göstərəcəklər. Aktiv Qoçlar ictimai tədbirlərdə iştirak edəcək, «dünyanı qurtarmağa» çalışacaqlar.

Buğa - İşdə əla nailiyyətlər qazanmağınız mümkündür. Çox və böyük həvəslə işləyirsiniz. Xırdalıqlara, həmkarlarınızın zəhrimar yağan sifətlərinə və yersiz tənqidlərinə fikir vermirsiniz. Yeni ideyalar irəli sürmək olar, ancaq rəhbərliyin dərhal sizə dəstək verəcəyini gözləməyin. Nüfuzlu insanlar sizi izləyirlər, ola bilsin ki, bir qədər sonra onlar sizə kömək təklif etsinlər.
Şəxsi həyatınızda dəyişikliklər gözləyin. Güman ki, bundan elə də xoşlanmayacaqsınız, ancaq tezliklə vəziyyət aydınlaşacaq: hər şey yaxşılığa doğru gedir. Maraqlı tanışlıqlar, gözlənilməz taleyüklü görüşlər mümkündür.

Əkizlər - Qətiyyət göstərin - qələbə qazanmaq üçün buna ehtiyacınız var. Gələcəyə nikbinliklə baxın, hətta şərait siz istəyən kimi deyilsə də, tezliklə hər şey dəyişəcək və siz istədiyinizi əldə edəcəksiniz. Yaxşılığa doğru dəyişikliklər, sadəcə, vaxt məsələsidir.
Nüfuzlu insanların diqqətini cəlb etmək, onların dəstəyini qazanmaq üçün əlverişli gündür. Güclü hamilər tapa, sizin bütün problemlərinizi həll edə biləcək bir insanla rastlaşa bilərsiniz. Böyük miqdarda pul ala bilərsiniz.

Xərçəng - İstənilən əməkdaşlıq məhsuldar olacaq. Sizin dünyaya baxışınızı bölüşən insanların köməyindən yararlansanız, demək olar ki, bütün işlərinizdə uğur qazanacaqsınız. Fəlsəfi söhbətlərə vaxt sərf etməyin: diqqətinizi konkret, dünyəvi məsələlərə yönəldin, bu gün sizə məhz bu lazımdır.
Bu gün çox qətiyyətli və cəsursunuz. Şəxsi həyatda böyük həvəslə təşəbbüs göstərir, öz istəkləriniz barədə açıq danışırsınız. Bu, qarşınıza qoyduğunuz məqsədlərə çatmaqda kömək etsə də, heç də həmişə hamının xoşuna gəlmir.

Şir - Qeyri-adi qərarlar, qeyri-standart layihələr üzərində iş üçün münasib gündür. İntuisiya, fantaziya, yaradıcı münasibət tələb olunan hər yerdə tayınız-barəbəriniz olmayacaq. Ancaq detallara yüksək diqqət tələb olunan işlərdə çətinlikləriniz yarana bilər. Sənədlərlə işləmək, hesabat tərtib etmək məsləhət deyil.
Gözlənilməz təsadüf, hadisələrin heyrətamiz inkişafı sizi maraqlı bir insanla qarşı-qarşıya gətirə bilər. Bu gün çox şeyi nəzarətdə saxlaya bilirsiniz. Əgər nə istədiyinizi dəqiq bilirsinizsə, o zaman hətta şərait sizin xeyrinizə olmasa belə, bu istəyinizə çatacaqsınız.

Qız - İstənilən növ problemlərin həlli üçün münasib gündür. Sizin məqsədyönlülüyünüzə paxıllıq etmək olar. həm şəxsi maraqlarınızı qoruyur, həm də başqalarının qeydinə qalırsınız. Bu gün kömək etdiyiniz adamlar sizə minnətdar olacaqlar.
İrimiqyaslı bir layhiə üzərində işə başlamaq olar. Bu gün başlanan istənilən münasibət uzunmüddətli və ciddi olacaq. Vacib sənədləri imzalaya, viza və icazələrin hazırlanması ilə məşğul ola bilərsiniz. Böyük məbləğdə pul ala bilərsiniz.

Tərəzi - Bütün probemlərinizi təkbaşına həll etməyə çalışmayın, kömək təklif olunursa, mütləq qəbul edin. Nüfuzlu adamların himayəsinə, sizə qarşı mülayim olacaqlarına, səhvlərinizi bağışlayacaqlarına əmin ola bilərsiniz. İşdə başlanan məhəbbət macərası həyatınızı rəngləndirəcək.
Bir çox Tərəzilər bu gün köçmək barədə, yaxud məzuniyyətlərlə bağlı iş təklifi ala bilərlər. Məzuniyyət, başqa ölkələrə səyahət planlaşdıra bilərsiniz. Yeni təəssürat istəyi cəsarətli qərar verməyə sövq edəcək.

Əqrəb - Vacib bir məlumat alacaq və bu səbəbdən sizin üçün yeni olan bir sahəylə maraqlanacaqsınız. Tanışlığınız olmayan sahədə də tezliklə uğur qazana bilərsiniz. Ancaq burnunuzu dik tutub, hər şeyi bildiiyinizi düşünməyin, təcrübəli insanlardan məsləhət alın. Gəlirlərinizin artmasını vəd edən təkliflər ala bilərsiniz.
Bahalı əşyalar, o cümlədən avtomobil, mebel, məişət əşyaları, ala bilərsiniz. Zinət əşyaları almaqdan çəkinin. Ailədə fikir ayrılıqları mümkündür, ancaq tezliklə bunu yoluna qoya biləcəksiniz.

Oxatan - Ünsiyyət, işgüzar danışıqların keçirilməsi, aktual məsələlərin müzakirəsi üçün əlverişli gündür. Tutarlı və inandırıcı danışırsınız, hətta əvvəllər sizin nöqteyi-nəzərinizi bölüşməyən insanlar da sizinlə razılaşırlar. Yeni ideyalarınız yaxşıdır, tezliklə onları reallaşdırmağa başlamaq olar.
Şəxsi həyatınızdakı dəyişikliklər çox gözəldir. Şəraitə nəzarət əlinizdən çıxır və bu sizi narahat edir. Ancaq həyəcan üçün əsas yoxdur: axına qoşulun. Bu gün çox cazibədarsınız.

Oğlaq - Enerjiniz aşıb-daşır. Aşa bilməyəcəyiniz maneə yoxdur. Gümrahsınız, əhvalınız da get-getə yaxşılaşır, nikbinsiniz. Ətrafdakı insanlar sizə doğru can atırlar. Ünsiyyətdə ehtiyatlı olun, intuisiyanızı dinləyin, o sizə kiminlə necə rəftar etməyi düzgün deyər.
İdmanla, aktif istirahətlə, fiziki işlə məşğul olun. İstənilən səfər əla keçir, yolda maraqlı tanışlıqlarınız ola bilər. Ailəli Oğlaqlar yaxınları üçün kiçicik bayram düzəltsələr, pis olmaz.

Dolça - İşgüzar əlaqələrin qurulması, peşəkar mövqenin möhkəmləndirilməsi üçün münasib gündür. Lazımi tanışlıqları ziyafətlərdə qurmaq olar, odur ki, müvafiq təklif alsanız, etiraz etməyin. Şəxsi cazibənizdən işgüzar məqsədlərlə istifadə etməkdən çəkinməyin.
İncəsənətə, şou-biznesə marağınız artır. Bəzi Dolçalar bu sahələrdə qüvvələrini yoxlamağa çalışacaqlar. Sərfəli sövdələr bağlaya bilərsiniz. Köhnə dostlarınız, yaxud ailə üzvlərinizdən dəyərli hədiyyə ala bilərsiniz. Xırda təmirə başlaya, mənzilinizi yeniləyə bilərsiniz.

Balıqlar - Əməkdaşlıq, çox adamın cəlb olunduğu yeni layihələr üzərində iş üçün əlverişli gündür. Həm öz mövqeyinizi bərkitmək, həm də karyera pillələri ilə yuxarı qalxmaq imkanı var. İşlərdə təşəbbüs göstərməyiniz məsləhətdir.
İri alış-veriş edə, daşınmaz əmlak ala bilərsiniz - uğurlu gündür. Ancaq ehtiyatlı olun: kreditdən istifadə etməli olsanız, öz imkanlarınızı düzgün dəyərləndirin. Özlərinə heç cür sevgili tapa bilməyən Balıqlar onlarda güclü hisslər oyadan insanla rastlaşa bilərlər.

Milli.Az