Martın 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rəsm sərgisi açılacaq.
İttifaqın təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə 40-dək sənət əsəri nümayiş olunacaq.
Sərginin ekspozisiyasında qadın gözəlliyinə və zərifliyinə həsr olunmuş əsərlər yer alacaq.
Hər kəsin qatıla biləcəyi sərgi bir gün ziyarətçilər üçün açıq olacaq.
azertag.az