Azərbaycanlı müğənni damda çəkdirdiyi klipini təqdim etdi - VİDEO
21.9.2012

Populyar estrada müğənnisi Roza Zərgərli musiqisi Aynur Adilqızı, sözləri Könül Əmirxana məxsus olan "Qəlbdən Sevən" adlı mahnısına çəkilmiş klipinə təqdimat edib. Rejissor missiyasını üzərinə götürən müğənni, əsas qəhrəman obrazını da özü canlandırıb.

Klipin operatoru Emin Hüseynovdur. Rozanı müğənni Zamiq Hüseynovun rəhbəri olduğu ansamblın üzvləri müşayiət edib. Klipdə tamaşaçılar gənc aktyor Sultan Yusifzadəni görə biləcəklər.

Məlumat üçün bildirək ki, ekran işinin əsas çəkilişlər paytaxt otellərinin birinin damında gerçəkləşib.

VIDEO


Milli.az