Fevralın 28-də Bakı Dövlət Universitetində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium keçiriləcək.
Yunus Əmrə İnstitutundan bildirilib ki, simpoziumda aşıqlıq sənəti və ənənələrindən, ayrı-ayrı el sənətkarlarından bəhs edən mövzular ətrafında müzakirələr aparılacaq.
Simpoziuma informasiya dəstəyi verən media qrupuna Azərbaycan Dövlət İnformasiya Agentliyi də daxildir. Simpozium martın 1-dək davam edəcək.
azertag.az