“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanında yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinə, kommunal xidmət təşkilatlarına göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarını hazırlayaraq Dövlətqaçqınkoma təqdim etmələri tapşırılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, həmin siyahıların hazırlanması və dəqiqləşdirilməsi prosesi daha çox vaxt apardığından məcburi köçkünlərə fevral ayında veriləcək vahid aylıq müavinətin və kommunal xidmət təşkilatlarına ödənişlərin mart ayında iki aylıq verilməsi nəzərdə tutulur.
azertag.az