Günün ulduz falı
6.10.2011

Qoç - Mürəkkəb gündür. İstəyinizə çata bilməyəcəksiniz. Buna səhvləriniz mane olur. Peşəkar problemləriniz ciddiləşir. Bir çox Qoçlar özlərinə yeni iş yeri axtarmalı olacaqlar. Ruhdan düşmək olmaz, bir tərəfdən bağlanan qapılar o biri tərəfdən açılır. Yaxınlarınızla münasibətlərinizi qaydasında saxlaya biləcəksiniz. Düzdür, hərdən acı dilinizi dişləyib, öz rəyinizi gizlətməli olacaqsınız, amma nə etmək olar. Ehtiyatlı olun, fiziki zədə ala bilərsiniz.

Buğa - Qarşınıza qoyduğunuz məsələnin həllinə başınız elə qarışıb ki, sizin inad və işgüzarlığınızın başqalarına necə təsir etdiyini sezmirsiniz. Maraqlı peşəkar təkliflər ala bilərsiniz. Amma unutmayın ki, yeni layihələr üzərində iş mütləq müəyyən səhv addım atmağınıza gətirəcək ki, rəqibləriniz də ancaq bunu gözləyirlər. Tələsik qərar verməyin. Şəxsi həyatınızı dəyişmək istəyi sizi düşüncəsiz addımlara sürükləyir, köhnə münasibətlərinizi bitirməmiş, yenilərinə baş vurursunuz. Sevgili Buğalar öz yarlarına diqqət ayırmırlar, bu isə mübahisəyə səbəb olur.

Əkizlər - İşiniz qarmaqarışıqdır. Bir tərəfdən sizə sərfəli əməkdaşlıq təklif edirlər, digər tərəfdən ən xırda səhviniz sərt tənqidə məruz qalır. Bilmirsiniz, başladığınız işi sona çatdırasınız, ya yox. Sizin metodlarınız həmkarlarınızın xoşuna gəlmir. Maliyyə itkiləriniz gözlənilir. Müsbət emosiyalara can ataraq sizinlə tanış olmaq istəyən hər kəsə "qucaq açırsınız". Bu isə yaxınlarınızın xoşuna gəlmir, sizi adam tanımamaqda qınayacaqlar.

Xərçəng - Peşəkar gələcəyiniz üçün narahat olmağa dəyər. Bir neçə səhviniz nüfuzunuza xələl gətirə bilər. Güvəndiyiniz insanlar sizinlə iş qurmaqda tərəddüd edəcəklər. Düzdür, onları başqaları əvəzləyəcək, amma munasibət qurmaq bir az çətin olacaq. Əlinizə az miqdarda pul gələcək. Valideyn Xərçənglər sevinəcəklər: uşaqlarıyla fəxr etmək üçün gözəl imkan yaranacaq. Günün ikinci yarısı qonaq gözləyin. Qonaqlarınız, mümkündür ki, çoxdanışan olsunlar, bu sizi yoracaq. Bir az səbrli olun, hər halda gecə 12-də gün bitəcək.

Şir - İş baxımından pis gün deyil. Uğurlarınız göz qabağındadır, rəhbərlik bunu görür. Karyeranızda yaxşılığa doğru dəyişiklik və maddi mükafat gözlənilir. Ancaq eyni zamanda diqqətli olun, səhvləriniz də uğurlarınız kimi parlaqdır, rəhbərlik sizi tənqid etsə, həmən hirslənməyin, bir az düşünsəniz, haqqın kimin tərəfində olduğunu görəcəksiniz. Tanışlıq üçün yaxşı gündür. İnsanlarda xoş təəssürat yaradacaqsız. Yaxınlarınıza nisbətən yad adamlarla söhbətiniz daha yaxşı tutur. Aktiv istirahət edin, fiziki iş ancaq xeyrinizədir.

Qız - İşdə ciddi problemləriniz yarana bilər. Sizə dostluq və dəstək təklif edənlər sözlərindən qaçırlar. Taktikanı dəyişməli, yeni fəaliyyət istiqaməti seçməli olacaqsız. Haqqınızda xoşagəlməz sözlər deyir, şayiələr yayırlar. Buna əhəmiyyət verməsəniz də, özünüzü yaxşı hiss etməyəcəksiniz. Yaxınlarınızla münasibətləriniz axara düşmür. Sevdiyiniz şəxs və yaşlı adamlarla bacarmırsınız. Bu günə planladığınız əyləncələr də puça çıxır, darıxırsınız. İnfeksiyaya yoluxmaq ehtimalı var.

Tərəzi - İstədiyiniz kimi irəli gedə bilmirsiz. Üstəlik, hələ geriləməli də olursunuz. Ən pisi də odur ki, bunu ətrafdakılar da görür. Bəziləri fikirləşəcəklər ki, siz artıq onlara arxa-dayaq deyilsiz, odur ki, ətrafınız tezliklə boşalacaq. Eyni zamanda sizin əvvəlki uğurlarınızı unutmayanlar da var. Vaxtilə sizə həsəd aparan biri kömək təklif edəcək. Uşaqlarla münasibətləriniz əladır, böyüklər isə sizi dinləmək istəmirlər. Canınız sıxılırsa, gəzintiyə çıxın.

Əqrəb - Gün yaxşı başlamır. Tez bitirməyi planlaşdırdığınız iş uzanacaq. Bu isə bir çoxlarının məsxərə obyekti olacaq. Yeni tərəfdaşlarınız peyda olan kimi şərait dəyişəcək. Emosional cəhətdən ağır gündür, tez özünüzdən çıxır, əsəbləşirsiniz. "Zəhərinizi", çox güman ki, qohumlarınızın, sevdiyiniz şəxsin üstünə tökəcəksiniz. Köhnə dostlarınızla əlaqə saxlayın, onlar sizi belə bir riskdən qurtararaq heç darıxmayacağınız bir yerə dəvət edəcəklər.

Oxatan - Böyük müvəffəqiyyətlər gözləməyin. Məşğul olduğunuz problemlər canınızı sıxır və çətin ki, onları həll etməklə nüfuzlu adamların rəğbətini qazanasınız. Yeni tərəfdaşlarınızla aranız soyuyacaq. Vaxtilə kömək etdikləriniz sizdən üz çevirəcəklər. Yeni insanlarla işbirliyi qurmayın, mübahisələrdən başınız ağrıyacaq. Bunlara baxmayaraq, romantik əhval-ruhiyyəniz yüksəkdir. Bu gün maraqlı bir tədbirə qatılmaq imkanınız var. Odur ki, romantik fikirlərinizi bölüşəcəyiniz adamı tapmaq elə də çətin olmayacaq.

Oğlaq - Bir müddət əvvəl qürrələndiyiniz nailiyyətləriniz qiymətdən düşəcək. Anlayacaqsız ki, boşuna zəhmət çəkmisiz. Əl-qolunuz yanınıza düşməsin, bu gün çox vacib məsələləri, özü də gecikmədən həll etməlisiniz. Sizə dəyərli məsləhət verən, ruhlandıran adam da tapılacaq. Yaxınlarınızla münasibətləriniz təzadlıdır. Sizə inanmırlar, şübhələnirlər, etmədiyiniz günahı boynunuza qoyurlar. Səbrli olun. Yaşlı qohumlarınızın məsləhətinə qulaq verin.

Dolça - Qarşınızda yeni iş imkanları açılır. Bir tərəfdən buna sevinirsiniz, digər tərəfdən fikirləşirsiniz ki, bunların öhdəsindən necə gələcəksiniz. Hər şey yaxın keçmişdəki hadisələrdən necə ibrət götürdüyünüzdən asılıdır. Düzgün yanaşsanız, çox şey qazanacaqsınız, səhv addım atsanız, əlinizdəkini də itirəcəksiniz. Başqalarının həyatı ilə maraqlanırsınız, bəzən də bunda çox irəli gedirsiniz. Amma nədənsə bu, kimsəni hirsləndirmir. Həyat enerjiniz zəifdir. Xəstəliyə yoluxmaq ehtimalınız yüksəkdir.

Balıqlar - İş görməyi unudun, onsuz da bir şey alınmayacaq. Başqalarının qurduğu tora düşə, tərəfdaşlarınızın etibarını itirə bilərsiniz. Nüfuzunuz zərbə altındadır. Münasibətlərinizi gözdən keçirin. Etibar etmədiklərinizlə ehtiyatlı olun. Hamıya inanmayın, rəqibləriniz bundan əleyhinizə istifadə edə bilərlər. Romantik əhval-ruhiyyədəsiniz. Hər kəsə qarşı diqqətcilsiniz, bircə sizə lazım olan insandan başqa. Bunun nəticəsi özünü çox gözlətməyəcək. İnciklik çox ciddi olacaq və uzun zaman unudulmayacaq.