Qlobal iqtisadiyyatdakı qeyri-stabilliyə baxmayaraq, internet şirkətləri 2016-cı ildə bir neçə iri həcmli müqavilə reallaşdırıblar.
"Forbes”ə istinadən xəbər verilir ki, runetdə 5-10 milyon dollar dəyərində İT şirkətləri peyda olub. Jurnal onlar arasında ən çox bazar dəyərinə sahib olanların siyahısını tərtib edib. Həmin rekinqə görə, birinci sırada "Yandex” gəlir.
2000-ci ildə yaradılan saytın bazar dəyəri 7,6 milyon dollar təşkil edir. Nəzərə çatdıraq ki, artıq bir neçə ildir "Yandex” runetin ən bahalı şirkətlərindən sayılır. Düzdür, ötən il yerini "Mail.ru Group”a vermişdi. Amma 2017-ci ildə liderliyini qaytarıb.
İkinci sırada "Mail.ru Group” dayanır. Şirkətin bazar dəyəri 4 milyon dollardır. 1998-ci ildə yaradılan şirkətin gəlirlərinin 28 faizini reklam təşkil edir.
Üçüncü sırada Avito gəlir. 2007-ci ildə yaranan şirkətin bazar dəyəri 2 milyon 549 min dollardır.
xezerxeber.az