Bu il Qazaxda 50 hektar sahədə tütün əkiləcək
27.2.2017

Qazax rayonunda kənd təsərrüfatının gəlirli sahələrindən olan tütünçülüyün inkişafı üçün bir sıra məqsədyönlü tədbirlər görülür. Belə ki, ötən il rayonda 10 hektar ərazidə tütün əkilib. Bu il isə fermerlər tütün əkini sahələrini 50 hektara çatdırmaq əzmindədirlər.

Rayon icra hakimiyyətindən bildiriblər ki, hazırda tütün əkiləcək 50 hektar ərazinin 45 hektarında şumlama işləri tam başa çatdırılıb. Tütün əkiləcək sahələrdə yerli əkin materialından istifadə etmək məqsədilə rayonun 3 kəndində şitillər üçün istixanaların hazırlanmasına başlanılıb. Görülən işlər bu il rayonda bol tütün məhsulunun istehsal olunacağından xəbər verir.

azertag.az