Bakıda “Bahar süitası” adlı klassik musiqi axşamı
28.2.2017

Martın 10-da Beynəlxalq Muğam Mərkəzində “Bahar süitası” adlı klassik musiqi axşamı təşkil olunacaq.

Mərkəzdən bildirilib ki, tədbirdə tanınmış musiqiçilər – tanınmış pianoçu Səidə Tağızadə, Əməkdar artistlər Aleksey Miltıx (violonçel), Sahib Paşazadə (tarzən) və violin ifaçısı Ümidə Abbasova iştirak edəcəklər. Azərbaycan Dövlət Simli Kvartetinin də çıxış edəcəyi konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

Biletləri şəhərin kassalarında, “ASAN xidmət” mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

azertag.az