Fevralın 26-da Latviyada “Supernova” müsabiqəsinin final mərhələsi olub. Müsabiqədə qalib gələn “Triana Park” qrupu “Eurovision” mahnı müsabiqəsində Latviyanı “Line” mahnısı ilə təmsil edəcək.
Mahnının müəllifləri qrupun solistləri Aqnese Rakovska, Kristal Eqlios və Kristians Rakovskisdir.
“Eurovision–2017” mahnı müsabiqəsi mayın 13-də Kiyevdə keçiriləcək. Latviya mayın 9-da müsabiqənin birinci yarımfinalında çıxış edəcək.
azertag.az