Naxçıvan Muxtar Respublikada 1 yanvar 2017-ci il tarixə əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 720 nəfər artaraq 449 min 143 nəfər təşkil edib.
Hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır.
Muxtar Respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 82 nəfər olmuşdur ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 21 nəfər çoxdur. 1995-ci ilin sonu ilə müqayisədə əhalinin sayı 111,3 min nəfər artıb. Son 22 il ərzində muxtar respublikada 65,1 min nikah bağlanıb, 160 min nəfər uşaq doğulub.
trend.az