Bu prospektdə hərəkət məhdudlaşdırılır
28.2.2017

Sabahdan Nərimanov prospektində hərəkət məhdudlaşdırılır.

Azəravtoyol ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur.

Bu işlər çərçivəsində sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti 28 fevral 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək.

Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

trend.az