Kakao Avropada XVI əsrdən başlayaraq tanınır.
Bu xeyirli içkinin reseptini avropalılar Amerikanın yerli sakinlərindən götürüblər. Kakao şokolad ağacı meyvələrindən hazırlanır. Yaxşı keyfiyyətli kakao tozunun güclü şokolad ətri olur. Məhz belə kakao yaxşı və orqanizm üçün xeyirli sayılır.
Kakaonun tərkibində çoxlu sayda müxtəlif xeyirli maddələr var. Belə ki, kakaonun tərkibində xüsusi maddələr antioksidantlar var ki, bu maddələr sərbəst radikalların insan orqanizminə olan mənfi təsirini neytrallaşdırır, orqanizmdə gedən qocalma proseslərini ləngidir.
Bundan əlavə kakaonun tərkibində olan neyromediatorlar stresslə və depressiya ilə mübarizədə insana çox effektli şəkildə kömək edir. Məhz bu maddələrə görə 1 təkə şokolad və ya isti şokolad fincanı insanın əhval-ruhiyyəsini xeyli yaxşılaşdırır. Hətta şokoladın iyi insanın sinir sisteminə sakitləşdirici təsir edir.
Kakao orqanizmdə "pis" xolesterinlə mübarizə aparır və nəticədə aterosklerozun inkişafının qarşısını alır.
İsti kakao öskürək zamanı çox yaxşı kömək edir, iltihab zamanı boğaz ağrısını azaldır.
Kakao ürək və beyin damarlarının sıxılmasını aradan qaldırır, arterial təzyiqi normallaşdırır.
Kakonun tərkibində orqanizm üçün lazım olan zülallar, dəmir, sink, fol turşusu var.
Hamilə qadınlar və 3 yaşından böyük uşaqlar üçün kakao xüsusiylə xeyirlidir.
Lakin kakaonu çoxlu miqdarda içmək olmaz, gün ərzində 2 fincan kakao kifayətdir. Axşam saatlarında kakao içməyin, bu yuxusuzluğa səbəb ola bilər. Lakin səhər saatlarında içilmiş 1 fincan kakao sizi daha gümrah edəcən və əqli və fiziki fəaliyyət üçün lazım olan enerji ilə təmin edəcək.
Kakao yağı kosmetologiyada müxtəlif kosmetik maskaların, şampunların tərkibində geniş istifadə olunur. Bu yağ dərini daha cavan və elastik edir. Kosmetik salonlarda və klinikalarda şokoladla olan bürünmələr edirlər. Belə bürünmələr bədən dərisini cavanlaşdırır, daha hamar edir, sellülitlə mübarizə aparır.
saglamolun.az