Bu gün Beynəlxalq Nadir Xəstəliklər Günü qeyd edilir
28.2.2017

Fevralın son günü Beynəlxalq Nadir Xəstəliklər Günü kimi qeyd edilir. Bu gün 2008-ci ildən nadir xəstəliklərin araşdırılması ilə məşğul olan “EURORDİS” təşkilatının təşəbbüsü ilə keçirilir.

Bu gününün məqsədi ictimaiyyətin diqqətini nadir xəstəliklərin öyrənilməsi və onlar haqqında məlumatın artırılmasına yönəltməkdir. Nadir xəstəliklərdən əziyyət çıkınlərin əksəriyyəti düzgün diaqnostikanın mümkünsüzlüyündən, diaqnozun gec qoyulmasından, keyfiyyətli tibbi yardımın olmamasından, qulluq və müalicənin çətinliyindən əziyyət çəkirlər. Hesablamalara əsasən dünyada təxmini altı min nadir xəstəlik var, onların 80 faizi genetikdir. Bu xəstəliklər orfan (nadir) dərmanlarla müalicə edilir. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da bu dərmanların alınması dövlət büdcəsindən maliyələşdirilir.

Düzgün və vaxtında müayinə və müalicə nəticəsində belə xəstəliyə tutulanların ömrünün uzadılması və həyat keyfiyyətlərinin yaxşılaşdırılması mümkündür.

azertag.az