Bank Silk Way növbəti "Cash-in" bankomatlarını istifadəyə verdi
28.2.2017

Bank Silk Way növbəti "Cash-in" bankomatlarını istifadəyə verib.

"Bank Silk Way" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yeni “Cash-in” bankomatları bankın baş ofisində Həsən Əliyev 131A ünvanında quraşdırılıb.

Baş ofisdə hazırda “Cash-in” funksiyasını dəstəkləyən bankomatların sayı 3-ə artırılıb. Yaxın günlərdə daha bir neçə “Cash-in” bankomat şəhərin mərkəzi küçələrində istifadəyə veriləcək.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz. www.fb.com/swbankmiles

trend