85 yaşlı hersoginiya Alba özündən 25 yaş kiçik bir nəfərlə ailə qurub
6.10.2011

Dünyanın ən ad-sanlı qadını məhəbbət naminə böyük bir sərvətdən imtina etdi. O, bütün sərvətini qohumlarına bağışlayıb ki, övladları, nəvələri və digər qohumları ərə getməsinə razı olsunlar. Oktyabr ayının 5-də 85 yaşlı hersoginiya Alba özündən 25 yaş kiçik, zadəgan olmayan bir nəfərlə ailə qurub. Alfonso Dies hökumət departamentində işləyir və bizneslə məşğul olur.