Ötən gün Rusiyanın «Siberia Airline» (S7 Airline) aviaşirkətinə məxsus Bakı-Moskva aviareysi yerinə yetirilməyib.
Şirkətin Bakı ofisindən verilən məlumata görə, sentyabrın 23-də saat 17:35-də yerinə yetirilməli 3356 saylı aviareys təyyarədə yaranan nasazlığa görə təxirə salınıb: «Sözügedən marşrut üzrə uçuş bu gün ərzində həyata keçiriləcək. Hələlik reysin dəqiq vaxtı müəyyənləşməyib. Bu aviareysə bileti olan sərnişinlərdən bizimlə saat 12:00-da 493-99-03 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur».
Qeyd edək ki, «S7 Airline» aviaşirkəti Bakı-Moskva aviareysini «Airbus 320-200» avialayneri ilə yerinə yetirir.
Xatırladaq ki, ötən gün həmçinin «S7 Airline»nın Bakı-Novosibirsk aviareysi analoji səbəbdən 6 saatlıq gecikmə ilə yerinə yetirilib. Belə ki, saat 14:00-da həyata keçirilməli aviareys saat 20:03-də yerinə yetirilib. Bu aviareys də «Airbus 320-200» təyyarəsi ilə həyata keçirilir.
APA