“YouTube” yaxın aylarda ABŞ ərazisində online televiziya xidməti istifadəyə verməyə hazırlaşır.
“The Verge” portalına istinadən verilən xəbərə görə, bunu “YouTube”un rəhbəri Suzan Vodjiski açıqlayıb.
Yeni xidmətin vasitəsilə istifadəçilər ABŞ-ın əsas TV şəbəkələrinə - FOX, ABC, NBC cə CBS-ə qoşula biləcəklər. Ümumilikdə “YouTube” vasitəsilə 40-a yaxın kanal yayınlanacaq. İstifadəçilər ayrı-ayrı proqramları yaddaşa köçürmək və daha sonra izləmək imkanına da malik olacaq.
TV-nin abunəçiləri üçün “YouTube - Red” əlçatan olacaq. Bu pullu xidmət reklamsız təqdim edilir.
lent.az