"Azər-Türk Bank" aprelin 30-da Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək ənənəvi “Bakı marafonu-2017” yürüşünün sponsoru olub.
Bu barədə Bankdan bildirilib.
Qeyd edək ki, hər kəsin könüllü olaraq qatıla biləcəyi marafon “Küləyə qalib gəl” şüarı altında baş tutacaq. 21 km-lik yürüş Bayraq Meydanından start götürərək Bakı Olimpiya Stadionunda başa çatacaq.
"Bank bu kimi möhtəşəm tədbirlərin ərsəyə gəlməsində iştirakından, xüsusilə son illər idman ölkəsinə çevrilən Azərbaycanda sağlam həyat tərzinin təbliğinə dəstək olmaqdan qürur duyur", - deyə "Azər-Türk Bank"ın açıqlamasında bildirilir.
report.az