“Miss Civilization of The World-2012”nin qalibi Monteneqro gözəli oldu
24.9.2012

Heydər Əliyev Sarayında “Miss Civilization of The World-2012” müsabiqəsinin finalı keçirilib.

24 ölkənin qatıldığı yarışmada birinciliyi Miss Monteneqro Jovana Lekic qazanıb. O, münsiflər heyətinin qərarı ilə rəqiblərini geridə qoyaraq 25 000 avroluq taca yiyələnib.

İkinci yeri, türk gözəli Hande Erçel, üçüncü yeri isə Serbiya gözəli Dragana Dujoviç qazanıblar.

Azərbaycan gözəli Aytac Ağacanova və Macarıstan gözəli Marta Zemplenyi “Miss Peace” (“Barışıq gözəli”) nominasiyanı qazanıblar. Digər sponsor nominasiyalarında “Miss X-Lady” Ukrayna gözəli Yuliya Sapojnikova, “Miss İce” Estoniya gözəli Elizabet Kandru, “Miss Shwarzkopf” Qırğızıstan gözəli Aycan Seysembaeva, iştirakçılar arasında gizli səsvermə nəticəsində isə “Mis Friendship” nominasiyasını Avstraliyadan Cesika Tayn Rodgers qazanıblar.

Qeyd edək ki, “Miss Civilization of The World-2012” Mədəniyyətlər gözəli müsabiqəsinin təşkilatçıları “CFC Organization” və ATV kanalıdır.


Gün.Az